Bakı-Sumqayıt yolunda uzun tıxac - Hərəkət məhdudlaşdırıldı

 09:03 29.09.2021     297

Bakı-Sumqayıt yolunda səhər saatlarından etibarən uzun tıxac yaranıb.

Redaktor.az xəbər verir ki, tıxac Saray postu istiqamətindən başlayır. Avtomobillərin sıxlığından Saray postundan Bakı istiqamətinə hərəkət edən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Dövlət Yol Polisi əməkdaşları Avtomobilləri Bakı istiqamətinə hissə-hissə buraxmaqla yollarda hərəkəti nizamlamağa çalışır.

Yolda yaranan tıxac 20 Yanvar metrostansiyasının yaxınlığına qədər davam edir.

Qeyd edək ki, bu gündən ölkə üzrə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılır (trend).

Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb, hərəkət məhdudlaşdırılıb - Gallery Image