Universitetlər açıldı - COVİD pasportu yoxlanışı sıxlıq yaratdı

 10:42 29.09.2021     572

Nazirlər Kabinetinin qərarına əsasən ali məktəblərdə əyani tədris prosesinə başlanılıb.

Redaktor.az xəbər verir ki, universitetlərdə COVİD-19 pasportunun yoxlanılması böyük sıxlığa səbəb olub.

Bununla bağlı video və fotolar sosial şəbəkələrdə yayılıb. Kütləvi sıxlıq ən çox tələbə heyəti olan Bakıd Dövlət Universitetinin qarşısında yaranıb.

Sosial şəbəkə istifadəçisi olan həkimlərin fikrincə, kütləvi sıxlıqda tələbə və müəllimlərin əksəriyyətinin tibbi maskadan istifadə etməməsi koronavirus infeksiyasının geniş yayılmasına gətirib çıxara bilər.