Qohumu Səyyad Əlizadənin son vəziyyətindən danışdı

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti stabil ağır olaraq qalır.
Redaktor.az-ın məlumatına görə, bu barədə müğənninin qohumu Razim Qarayev məlumat verib.
O bildirib ki, həkimlər sənətçinin vəziyyətində heç bir dəyişiklik müşahidə edilmədiyini deyirlər.
Qeyd edək ki, koronavirusa yoluxan Səyyad Əlizadə bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və EKMO cihazına qoşulub (oxu.az).