Qarabağa nə qədər adam QAYIDACAQ? - Sorğu başa çatdı

 12:39 06.10.2021     17300

44 günlük Vətən müharibəsi qələbə ilə başa çatdı. Müzəffər ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı düşmən işğaldan azad etdi. İndi isə növbə bizdədir. Qarşımızda duran əsas vəzifələrdən biri o torpaqlara qayıdıb, kəndlərimizi, şəhərlərimizi yenidən bərpa etməkdir. Artıq bu istiqamətdə müəyyən işlər görülür.

Qeyd edək ki, bir müddət əvvəl Qarabağa qayıdışın effektiv təşkili məqsədilə məcburi köçkünlər arasında sorğu keçirilib. Lakin sorğunun nəticələri haqda hələ də məlumat yoxdur. Maraqlıdır, sorğuda nə qədər adam iştirak etdi? Nəticələr bəlli oldumu?

Mövzu ilə bağlı Redaktor.az-ın sualını cavablandıran ADA Universitetinin mətbuat katibi Şəbnəm Məhərrəmova bildirib ki, sözügedən sorğu artıq başa çatıb: “Buna görə də hazırda linkə daxil olmaq mümkün deyil. Biz sorğunun nəticələrini əldə etdik. Hazırda nəticələrin emalı gedir. Yəqin ki, yaxın vaxtda ictimaiyyətə sorğunun nəticələri haqda ətraflı məlumat veriləcək".

Layihənin davam edib etməyəcəyinə dair sualımız isə cavabsız qaldı.

Şəbnəm Mehdizadə