BDU-nun qarşısında yenidən tələbə sıxlığı yaşandı - VİDEO

 15:37 29.09.2021     515

Bildiyiniz kimi bu gündən Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində ənənəvi şəkildə tədris başlayıb.

Redaktor.az xəbər verir ki, səhər saatlarında təhsil müəssisələri qarşısında bənzər sıxlıq yaşanıb. Təəssüf ki, bənzər hadisə tədris müəssisələrində tələbələrin növbə dəyişməsi zamanı da yaşanıb. 

Belə ki, Bakı Dövlət Universitetinin qarşısında, metronun Elmlər Akademiyası stansiyasının çıxışında yaranan izdiham yenidən sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Qeyd edək ki, yaranan sıxlığa səbəb təhsil müəssisələrinin girişində tələbələrin və əməkdaşların COVID-19 pasportunun yoxlanılması prosesinin aparılmasıdır (oxu.az).