Osloda Vətən müharibəsi şəhidləri yad edildi - FOTO

 16:26 29.09.2021     623

Norveçdə fəaliyyət göstərən “CAN” diaspor təşkilatının təşəbbüsü ilə Oslo şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş aksiya təşkil edilib.

Redaktor.az xəbər verir ki, şəhərin mərkəzində baş tutan aksiya zamanı Vətən müharibəsi şəhidlərinə həsr olunmuş anım guşəsi yaradılıb. Soydaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş hərbçilərimizin fotolarını “Qarabağ Azərbaycandır!”, “Qəhrəmanlarımızın Anım Günü!”, “Şəhidlər Ölməz, Vətən bölünməz!” və sair şüarlarla nümayiş etdiriblər.

Tədbir yerli sakinlərin diqqətini cəlb edib.
 

22
Vumart və Güvən reklamı Vumart Güvən