Peyvənd olunanların sayı daha da artdı

 19:11 29.09.2021     472

Azərbaycanda bu gün 67 977 nəfər vaksinasiya olunub.

Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat yayıb.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 583, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 394 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 8 485 952, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 745 715, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 740 237 təşkil edir.