Cəbrayılda 4 erməni hərbçinin cəsədi tapıldı

Azərbaycan tərəfi Qarabağdakı döyüşlər zamanı ölən daha 4 erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.
Redaktor.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, meyitlər Cəbrayıl ərazisində aşkarlanıb. Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 677-yə çatıb.