Çoxuşaqlı analarla bağlı YENİ QƏRAR

 19:44 29.09.2021     317

Azərbaycanda çoxuşaqlı analara müavinət təyin olunması qaydası dəyişib. Artıq 3 deyil, 5 və daha çox uşaqlı analar çoxuşaqlı analar sayılacaq.

Redaktor.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda etdiyi dəyişikliklə bağlı qərarda öz əksini tapıb.

Çoxuşaqlı analara yaşa görə müavinətin təyin edilməsi üçün qadının 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı tələb olunacaq.