FHN-dən paytaxtdakı subasma ilə bağlı AÇIQLAMA

 20:38 29.09.2021     439

İntensiv yağan yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərin subasmaya məruz qalıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, bununla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub.

Görülmüş tədbirlər sayəsində paytaxtın Suraxanı və Sabunçu rayonları üzrə subasmaya məruz qalmış ərazilərdən yağış sularının kənarlaşdırılması təmin olunub.

Hazırda bəzi ünvanlarda yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən