"Peyvənd vurdurmayan müəllimlərlə maarifləndirmə işləri gedir" - Emin Əmrullayev

 22:20 29.09.2021     216

“Pandemiya bitməyib. Vaksinasiya pandemiyanın bitməsi üçün ən qısa yoldur. Tədris ilinin ləngimə ilə başlaması da məhz bu səbəbdən idi”.

Redaktor.az-ın məlumatına görə, bunu AzTV-yə müsahibəsində təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, hesablamalar göstərirdi ki, oktyabrın əvvəlinədək 4 milyona qədər vətəndaş vaksinasiyadan keçmiş olacaq:

“90 faizdən çox təhsil işçisi artıq vaksinasiyada keçib. Digərləri isə ya immunitet sertifikatı, ya da əks göstəriş sertifikatı olduğuna görə vaksinasiyadan keçməyib və ya keçə bilməyib. Çox az qisim müəllimlərimizlə maarifləndirmə işləri davam edir”.