Deputat “Sosial şəbəkələr haqqında” qanunun qəbuluna çağırdı

 12:47 30.09.2021     657

“Mənə elə gəlir ki, “Sosial şəbəkələr haqqında” ayrıca qanun qəbul edilməlidir”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə bəzi qruplar uydurmalar yaradırlar: “Biz sosial şəbəkələrlə bağlı qanun qəbul etməliyik. Azərbaycanda guya internet azadlığı yoxdur. Belə bir qanun təcili olaraq qəbul edilməlidir”.