İlham Əliyev onlara ali xüsusi rütbələr verdi

 15:30 30.09.2021     927

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Redaktor.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:

Musayev Elnur Novruz oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi

Əliyev Vüqar Nurəddin oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi

Sultanov Eldar Aslan oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi

Əhmədov Mübariz Hüseyn oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi.