Azərbaycanda yoluxma sayı AZALDI

 18:20 30.09.2021     1627

Azərbaycanda bu gün koronavirus infeksiyasına 774 yeni yoluxma faktı qeydə alınıb, 1778 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 12 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 483 902 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 458 922 nəfər müalicə olunaraq sağalıb, 6 525 nəfər vəfat edib, aktiv xəstə sayı 18455 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 484, ötən müddət ərzində isə ümumilikdə 4 859 015 test aparılıb.