Mina xəritələri qarşılığında erməni diversantlar qaytarılacaq? - Rusiya XİN AÇIQLADI

 19:08 30.09.2021     2192

“Mina xəritələrinin Ermənistandan alınıb Azərbaycana verilməsi qarşılığında saxlanılan şəxslərin Ermənistana qaytarılması prosesi davam etdirilir”.

Redaktor.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat və informasiya departamentinin sədr müavini Aleksey Zaytsev keçirdiyi brifinq zamanı deyib.

O bildirib ki, Rusiya regionda vəziyyətin sabitləşməsi səylərində üçtərəfli bəyanatda nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsinə arxalanır.

“Minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi müqabilində Azərbaycanda saxlanılan şəxslərin Ermənistana qaytarılması istiqamətində işimizi davam etdiririk. Əminik ki, bu cür narahatedici məsələlərin ən qısa zamanda aradan qaldırılması İrəvanla Bakı arasındakı münasibətlərin yaxşılaşmasına kömək edəcək”, - deyə Zaytsev bildirib.