Bakıda yaranan subasmalara görə hansı dövlət qurumu məsuliyyət daşıyır?

 02:00 01.10.2021     24516

Bakıya yağan güclü yağış hər dəfə ciddi fəsadlar törədir. İntensiv yağışlar nəticəsində paytaxt küçələrində böyük gölməçələr peyda olur, həyət evlərini, müxtəlif obyektləri su basır. Bundan əlavə nəqliyyat vasitələrin gediş-gəlişində də problemlər yaranır.

26 sentyabr 2021-ci il tarixində də gecə saatlarından başlayan güclü yağışlar nəticəsində Bakı şəhərinin müxtəlif ərazilərində bəzi fərdi evlər və həyətyanı sahələr subasmaya məruz qalıb, paytaxt küçələri həm nəqliyyat vasitələri, həm də piyadalar üçün keçilməz olub.

Maraqlıdır ki, müxtəlif vaxtlarda ölkə rəhbərliyi tərəfindən göstərişlər verilməsinə, dövlət büdcəsindən vəsait ayrılmasına baxmayaraq, hər il oxşar problem yaşanır. Bu da insanların narahatlığına səbəb olur.

Bəs siz hər dəfə intensiv yağan yağışlar nəticəsində Bakıda yaranmış problemlərə görə hansı dövlət qurumunun məsuliyyət daşıdığını düşünürsünüz?
 

Bakıda yaranan subasmalara görə hansı dövlət qurumu məsuliyyət daşıyır?

Bakı Şəhər İcra Hakimiyyəti

17 səs (57%)

"Azərsu" ASC

7 səs (23%)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)

6 səs (20%)

Fövqəladə Hallar Nazirliyi

0 səs (0%)