Səyyad Əlizadə Qarabağda dəfn olunacaq

 09:09 01.10.2021     1324

Tanınmış müğənni Səyyad Əlizadə bu gün dəfn olunacaq.

Redaktor.az-ın məlumatına görə, bu barədə müğənninin qohumu Razim Qarayev məlumat verib.

O bildirib ki, sənətçinin nəşi bu gün səhər saatlarında ailəsinə təhvil veriləcək. Müğənni vəsiyyətinə görə ana və atasının məzarı yanında - Füzuli rayonunda dəfn olunacaq.

Qeyd edək ki, S.Əlizadə dünən gecə koronavirusdan müalicə aldığı Mərkəzi Gömrük Hospitalında vəfat edib (report).

Vumart və Güvən reklamı Vumart Güvən