Bakı sakinlərinin NƏZƏRİNƏ! - Bu tarixədək paytaxtda yağış yağacaq

 14:34 01.10.2021     344

Bakıda və Abşeron yarımadasında oktyabrın 03-ü axşamdan 07-dək fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Redaktor.az-a ETSN-dən məlumat verilib.

Bildirilib ki, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Oktyabrın 06-da şimal-şərq küləyi arabir 15-18 m/s-dək güclənəcək.
 

Azərbaycanın rayonlarında oktyabrın 07-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və şərq rayonlarında isə güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.