“Azərbaycan” nəşriyyatına yeni baş direktor TƏYİN OLUNDU

 16:05 01.10.2021     1400

"Azərbaycan" nəşriyyatına yeni baş direktor təyin olunub.

Redaktor.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sənədə əsasən, Leyla Güləliyeva “Azərbaycan” nəşriyyatının baş direktoru təyin edilib.

L.Güləliyeva təyinatla bağlı xəbəri "Report"a təsdiqləyib.

Qeyd edək ki, L.Güləliyeva keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərmarka” MMC-nin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, ötən gün “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov vəzifəsindən azad edilib.