DATÜB heyəti Türkiyə səfiri ilə görüşüb - FOTO

Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) baş katibi Fuat Uçar, Birinci Qarabağ Müharibəsində şəhid olan Milli Qəhrəman İsgəndər Aznaurovun həyat yoldaşı Gülxanım Aznaurova, DATÜB Gənclər Təşkilatının Azərbaycan təmsilçisi Kənan İbrahimli və DATÜB-ün mətbuat katibi Mövlud Işıkdan ibarət nümayəndə heyəti Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı ilə görüşüb.
Redaktor.az xəbər verir ki, DATÜB-ün baş katibi Fuat Uçar, səfir Cahit Bağcıya DATÜB sədri Ziyəddin Kassanovun salamlarını çatdıraraq, ona DATÜB fəaliyyətləri və nümayəndə heyətinin Şuşa ziyarəti ilə bağlı məlumat verib.
Baş katib Uçar, Axısxa Türkləri olarak Birinci Qarabağ savaşında olduğu kimi İkinci Qarabağ savaşında da fəal iştirak etdiklərini və bunun nəticəsində 44 gün davam edən Vətən müharibəsində Azərbaycan vətəndaşları doqquz Axısxalı türkün qəhrəmancasına şəhid olduğunu bildirib. Bundan əlavə Uçar, DATÜB sədri Ziyəddin Kassanovun savaşdan öncə, savaş ərzində və savaşdan sonra Azərbaycana ziyarətə gəldiyini, cəbhə bölgəsinə yardımlar göndərdiyini, şəhid ailələrin və qazilərin hər zaman yanında olduğunu xüsusilə qeyd edərək, Azərbaycanın hər zaman yanında olduqlarını bir daha vurğulayıb.
Səfir Cahit Bağcı səmimi görüşə görə DATÜB heyətinə təşəkkürünü bildirərək, Ahıska türklərinin bu savaşda və sonrasında Azərbaycana dəstək verməsini yüksək qiymətləndirərək, 27 iyun qəhrəman şəhidlərin “Anım Günü”ndə DATÜB heyətinin Şuşanı ziyarət etməsinin birlik və bərabərlik nümunəsi olduğunu qeyd etdi. Azərbaycandakı diplomatik fəaliyyəti dövründə Ahıska türklərinin çətir quruluşu olan DATÜB-ün Azərbaycandakı fəaliyyətinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.
