İran səfirliyinin qarşısına aftafa qoyanlar cəzalandırıldı - FOTO

 19:11 01.10.2021     767

Dünən İranın Azərbaycandakı Səfirliyi qarşısına aksiya keçirmiş dörd nəfərin şəxsiyyəti müəyyən edilib.

Redaktor.az xəbər verir ki, Bakı sakini olan həmin şəxslər polis idarəsinə dəvət olunub.

Onlarla polis idarəsində izahedici söhbət aparılıb və ciddi xəbərdar olunaraq, hər birinin barəsində inzibati cəza tədbirləri görülüb.

Qeyd edək ki, dünən gecə İranın Bakıdakı səfirliyinin binasının divarının yanına İranın milli bayrağının rənglərində üç aftafa qoyulub.

2