"Qarabağdakı qələbəmizdən Ermənistandan daha çox İran narahat olub" - Fazil Mustafa

Bu gün Böyük Quruluş Partiyasının Siyasi Qurulunun növbəti iclası keçirilib.
Redaktor.az xəbər verir ki, partiya başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən iclas Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını qurban verən bütün şəhidlərin xarirəsinin bir dəqiqəlik sükutla anılması və onların ruhlarına duaların oxunması ilə başlanıb.
BQP başqanı erməni işğalçı qüvvələrinin ölkəmizə hücümu ilə başlanan Vətən Müharibəsini doğuran səbəblər və qələbəni şərtləndirən amillərlə bağlı qurum üzvlərinə öz qənaətlərini çatdırıb, həmçinin Vətən Müharibəsiinin 1-ci ildönümü ilə əlaqədar Böyük Quruluş Partiyasının bəyanatının hazırlandığını və onu ingilis dilinə tərcümə edilərək, bir sıra aparıcı beynəlxaq təşkilatlara göndərildiyi barədə iclas iştirakçılarına məlumat verib.
Partiya başqanı bununla yanaşı ötən iclasdan bəri gördüyü işlərdən, Azərbaycan parlament nümayəndə heyətinin tərkibində Qazaxıstan Respublikasına etdiyi səfərdən və Türk dünyası arasında əməkdaşlığın və birliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisə olan “Türküstan Bəyannaməsi”nin imzalanmasından və səfər təəssüratlarından danışaraq, Siyasi Qurul üzvlərini məlumatlandırıb.
İclasda Qarabağa qanunsuz yüklərin qarşısının alınmasından sonra rəsmi Tehranın Azərbaycana qarşı sərt üslubu kəskin tənqid olunub: “Azərbaycan tərəfi özünün suveren ərazisinə qanunsuz yüklərin daşınmasının qarşısının alınması üçün heç bir ölkənin (İranın da həmçinin) sərgiləməyəcəyi səbr və dözümlülük nümayiş etdirərək bütün mümkün diplomatik addımları atıb. Bu müddət ərzində isə ölkəmizin Qarabağda əldə etdiyi qələbədən Ermənistandan daha çox narahatlıq keçirən qonşu dövlət dost olmayan münasibətini açıq müstəviyə keçirmək üçün bəhanə axtarışında olub”. Qeyd edilb ki, Azərbaycanı açıq şəkildə hədələmıəkdən çəkinməyən ölkənin daxilimizdə də dayaqlarının movcudluğu şübhəsizdir. ”Mənim Azərbaycanda o ki var dost-aşnam var. Azərbaycandan mənə o qədər müraciət edən var ki, onlar mənə gecə-gündüz səs göndərirlər”- deyən Amili adlı din xadiminin ifadəsindən də anlaşılır ki, Azərbaycanda xalq və dövlətçilik əleyhinə işləyən İranın agentura şəbəkəsi var və həmin ölkə burada özünün “beşinci kolon”unu fəallaşdırmağa çalışır. Azərbaycanda müxtəlif qurumlarda çalışan, dini təşkilatlarda önəmli mövqe tutan, amma fürsət tapdıqca İranın ölkəmizə qarşı siyasətinə haqq qazandıracaq qədər pozucu mövqe sərgiləyənlərə qarşı Azərbaycanın müvafiq dövlət orqanları barışmaz olmalı və buna nəzarət edən qurumların da səlahiyyətləri artırılmalıdır”.
Iclasda noyabr ayının 1-dən etibarən ictimai nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlı Operativ Qərargahın qəbul etdiyi qərarın doğruluğu vurğulanmaqla, xalqın mənafeyinə uyğun olan digər məsələlərlə yanaşı, Fazil bəyin Millət vəkili kimi bu məsələni də daim gündəmdə saxlaması, israrlı və ardıcıl şəkildə aidiyyatı qurumlar qarşısında qaldırması yüksək qiymətləndirilməklə təqdir edilib.
Siyasi Qurulda Bakı şəhərinin erməni-bolşevik işğalından qurtarılmasında, eləcə də Azərbaycanın digər ərazilərinin düşmən ünsürlərdən təmizlənməsində həlledici rol oynamış Nuru Paşanın Bakının görkəmli məkanlarının birində abidəsinin ucaldılması ilə bağlı paraktiki addımların atılması üçün aidiyyatı qurumlara br daha müraciət edilib.
İclas cari məsələlərin müzakirəsi ilə öz işinin yekunlaşdırıb.