Goranboyda şəhid Şaməddin Əliyevin anım mərasimi keçirildi - FOTO

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin, Milli Məclisin deputatı Ağalar Vəliyevin deputat ofisinin nümayəndələrinin, rayonun rəhbər şəxslərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Balakürd kənd məzarlığında yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi Şaməddin Qafqaz oğlu Əliyevin ildönümü ilə bağlı məzarı ziyarət edilib, anım mərasimi keçirilib.
Redaktor.az-ın məlumatına görə, şəhidimizin ruhuna dualar oxunub, əziz xatirəsi anılıb.
Daha sonra rayon məktəbliləri Vətəni, Qarabağı və müqəddəs şəhidlik zirvəsini vəsf edən şerlər oxuyublar.
Tədbirdən sonra Ağalar Vəliyevin deputat ofisinin nümayəndələri şəhid Şaməddin Əliyevin ailəsi ilə görüşüb və onların sosial-məişət qayğıları ilə maraqlanıblar.





