Ramiz Mehdiyev onları İŞDƏN ÇIXARDI

 23:06 01.10.2021     915

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Redaktor.az xəbər verir ki, Rəyasət Heyətinin qərarları ilə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova və Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev tutduqları vəzifələrdən azad ediliblər.

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsinin icrası müvəqqəti olaraq tarix elmləri doktoru Nəcəf Müseyibliyə, Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsinin icrası müvəqqəti olaraq Natiq Allahverdiyevə həvalə olunub.

Qeyd edək ki, AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevdir.