İntensiv yağışlar daşqına səbəb oldu

 09:44 02.10.2021     110

Ötən gün yağan leysan xarakterli intensiv yağışlar nəticəsində Girdimançay-Qaranohur məntəqəsində daşqın müşahidə olunub.

Bu barədə Redaktor.az-a Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 182 m3/s-dir ki, bu da ongünlük normanın 112 %-ni təşkil edir. 2020-ci ilin müvafiq dövründə bu rəqəm 73,0 m3/s olmaqla, ongünlük normanın 45 %-ni təşkil etmişdi.

Qanıx çayının Cəlayir məntəqəsində də suyun səviyyəsi 34 sm artıb. Hazırda məntəqədə su sərfi 170 m3/s qeydə alınır ki, bu da ongünlük normanın 178 %-ni təşkil edir. 2020-ci ilin müvafiq dövründə bu rəqəm 25,0 m3/s olmaqla, ongünlük normanın 26 %-ni təşkil etmişdi.

Kür-Surra məntəqəsində suyun səviyyəsi 1 sm artaraq, 312 sm-ə çatıb., su sərfi isə 81,0 m3/san (2020-ci ildə səviyyə 270 sm su sərfi isə 113 m3/san təşkil etmişdi), Kür-Şirvanda suyun səviyyəsi 2 sm artaraq 113 sm olub (2020-ci ildə səviyyə 115 sm təşkil etmişdir), Kür-Bankədə suyun səviyyəsi 12 sm artaraq, səviyyə 135 sm-ə çatıb (2020-ci ildə 126 sm təşkil etmişdii).
Araz-Novruzluda isə suyun səviyyəsi 1 sm artıb və 86 sm olub (2020-ci ildə səviyyə 79 sm təşkil etmişdi).

Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidor məntəqəsində da suyun səviyyəsində 92 sm, Viləşçay-Şıxlarda 36 sm, Təngərüdçay-Vaqoda 14 sm, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində 9 sm və Kiçik Qafqazın ərazisindən Zəyəmçay-Ağbaşlar məntəqəsində 2 sm artım qeydə alınıb.

Kürəkçay-Çaykənd məntəqəsində suyun səviyyəsinə gəllincə isə 6 sm azalma müşahidə edilib, Gəncəçay-Zurnabad məntəqəsində isə suyun səviyyəsində dəyişiklik olmayıb.