Azərbaycanda FAKTİKİ HAVA

 11:21 02.10.2021     412

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində faktiki havanı açıqlayıb.

Nazirlikdən Redaktor.az-a bildirilib ki, oktyabrın 02-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli  intensiv olub.

Sel: Yağan yağış nəticəsində saat 08:00 radələrindən Talaçaydan (Zaqatala) sel keçir.

Düşən yağışın miqdarı:Zaqatalada 24.0 mm, Balakəndə 21.0 mm, Lerikdə 18.0 mm, Yardımlıda 17.0 mm, Şəkidə 15.0 mm, Sarıbaşda (Qax), Kişçayda (Şəki) 14.0 mm, Oğuzda 12.0 mm, Ağstafada 11.0 mm, Lənkəranda 10.0 mm, Qəbələ, Göygöldə 8.0 mm, Xaltan, Altıağacda 7.0 mm, Astarada 6.0 mm, Ceyrançöl, Daşkəsəndə 5.0 mm, Şəmkir, Mingəçevir, Göyçayda 3.0 mm, Şabran, Ağdam, Nabranda 2.0 mm, Qrız, Qusar, Qobustan, Şamaxı, Gəncə, Naftalan, Tərtər, Bərdə, Yevlax, Kürdəmirdə 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Bakı, Maştağada 1.0 mm-dək olub.

Külək: Şimal-qərb küləyi Naftalanda 28 m/s, Salyanda 23 m/s, Gəncədə 20 m/s, Tərtərdə 18 m/s, Hacıqabulda 16 m/s-dək güclənib.

Qeyd: Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti həftə sonunadək davam edəcək.