Ramiz Mehdiyevin işdən çıxardığı direktor Zeynəb Xanlarovanın qudası imiş

 11:34 02.10.2021     582

Ötən gün vəzifəsindən azad olunan direktorlardan biri Xalq artisti Zeynəb Xanlarovanın qohumudur.

Redaktor.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova Z.Xanlarovanın qudasıdır (oxu.az).

Qeyd edək ki, ötən gün AMEA prezidenti, akademik Ramiz Mehdiyevin əmri ilə qurumun Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova və Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev vəzifələrindən azad ediliblər.