Peyvənd olunanların sayı daha da artdı

 16:59 02.10.2021     538

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60630 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15293, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45337 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8683990, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4794136, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3889854 təşkil edir.