Keçmiş icra başçısı koronavirusdan öldü

 23:49 02.10.2021     321

Sabiq icra başçılarından Mövsüm Bədirxanov vəfat edib.

Redaktor.az "oxu.az"a istinadla xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, M.Bədirxanov bir müddət öncə koronavirusa yoluxubmuş.

Qeyd edək ki, o, Xızı və Siyəzən rayonlarının icra başçısı olub.