Əhaliyə ciddi xəbərdarlıq edildi - Bu gün axşamdan etibarən... - VİDEO

 09:23 03.10.2021     320

Bu gün gecədən etibarən ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Bakıda və Abşeron yarımadasında yağış yağacaq, dağlıq ərazilərdə leysan xarakterli olacağı, hətta, qar yağacağı proqnozlaşdırılıb.

Redaktor.az xəbər verir ki, bu gün gecədən etibarən hava kəskin dəyişəcək. Yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq. Bakıda gecə 12-14°, gündüz 19-21°, Abşeron yarımadasında gecə 12-14°, gündüz 19-21° isti olacaq.

Bölgələrdə də ayın 7-nə kimi qeyri-sabit hava şəraiti hökm sürəcək.

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin dəyişəcəyi ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib. Aidiyyatı qurum sürücüləri sürət həddini minimuma endirməyə, kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etməkdən çəkinməyə çağırıb.