Sumqayıtda binanın damından yıxılan şəxs öldü

 10:14 03.10.2021     516

Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib.


Redaktor.az xəbər verir ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının damına çıxan 1986-cı il təvəllüdlü Sərxanov Rauf Məmmədalı oğlu internet şəbəkəsində yaranan problemi aradan qaldırmaq istəyərkən oradan yıxılıb.
Ağır xəsarətlər alan 35 yaşlı kişi ölüb. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır (apa).