DİN-in yüksəkrütbəli zabiti koronavirusdan vəfat etdi

 12:05 03.10.2021     746

Azərbaycanda Daxili İşlər Nazirliyinin yüksəkrütbəli zabiti vəfat edib.

Redaktor.az xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovnik-leytenantı Emin Məmmədov dünyasını dəyişib.

Bildirilib ki, E.Məmmədov koronavirusa yoluxmuşdu və bu xəstəlikdən müalicə alırdı.

Allah rəhmət eləsin!