Peyvənd olunanların sayı açıqlandı

 16:50 03.10.2021     624

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 52949 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14006, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38943 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8736939, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4808142, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 928797 təşkil edir.

2