Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 1 il ötür

Bu gün Cəbrayıl şəhərinin Ermənistan ordusunun işğalından azad edildiyi gündür.
Redaktor.az xatırladır ki, 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub.
Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.