Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirləri bir araya gələcək

 10:29 04.10.2021     537

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana yola düşüb.

Redaktor.az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, General-polkovnik Z.Həsənov Gürcüstanın Kaxeti bölgəsində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

Görüşlərdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək.