XİN Gəncəyə hücumla bağlı paylaşım etdi

 11:27 04.10.2021     154

Bu gün Ermənistanın humanitar hüquq prinsiplərini kobud şəkildə pozaraq münaqişə zonasından kənarda yerləşmiş Gəncə şəhərinə hücumundan bir il ötür.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN)  tvitter səhifəsində yazılıb.

Nazirlik günahsız qurbanları kədər və hüznlə xatırladıqlarını bildirib.

Qeyd edək ki, 4 Oktyabr 2020-ci ildə Ermənistanın Gəncəyə birinci raket atəşi nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb. Şəhərə böyük ziyan dəyib.