Bakı səhiyyəsinə yeni rəhbər TƏYİN OLUNDU

Bakı Şəhər Baş Səhiyyə Mərkəzinə yeni direktor təyin olunub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Redaktor.az-a bildirilib ki, Bakı Şəhər Baş Səhiyyə Mərkəzinə Elçin Abdurahman oğlu Əmirov təyin olunub.
O, əvvəllər Şəki Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edib.