Cəbrayıllılar öz yurdlarına nə vaxt qayıdacaq? - Deputat tarixi AÇIQLADI

 18:00 04.10.2021     1267

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinindən bir il ötür. Düz bir il öncə müzəffər ordumuz doğma torpaqlarımızı düşmən tapdağından azad etdi. Artıq işğaldan azad edildiyi bir il müddətində Cəbrayılda ciddi quruculuq işlərinə start verilib. Ermənilərin tamamilə dağıdıb yararsız vəziyyətə gətirddiyi ərazilərimizi indi yenidən bərpa edirik. Bəs görəsən, bütün bunlar məcburi köçkünlərin Cəbrayıla köçünü tezləşdirə biləcəkmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov bildirib ki, Qarabağa qayıdış artıq başlayıb:

“Bu gün Prezident İlham Əliyev Cəbrayılda oldu və Cəbrayıl ziyalıları ilə birgə məktəb, yaşayış binaları, xəstəxana və digər həyati əhəmiyyətli bir sıra müəssisələrin təməlini qoydu. Biz Cəbrayılın işğaldan azad olunmasının bir ilini qeyd etdik. Belə bir qısa müddətdə Cəbrayılda çox ciddi işlər görülüb. Baş plan üzrə işlər demək olar yekunlaşıb. Təqribən iki il müddətinə cəbrayıllıların öz yurdlarına, el-obalarına geri qayıdacaq. Cəbrayılda yenidənqurma prosesi çox sürətlə gedir. Bütün bunlar onu deməyə əsas verir ki, Qarabağa dönüş prosesi artıq başlayır”.

Miilət vəkili bildirib ki, cəbrayıllılar İlham Əliyevin rəhbərliyi ilə öz doğma yurdlarına qayıdacaq:

“Bu gün bütün cəbrayıllılılar sevinc içərsindədir və o günü səbrsizliklə gözləyirlər. Cəbrayıl, Füzuli, Qubadlı, Laçın istiqamətində görülən işlər bundan xəbər verir”.

Şəbnəm Mehdizadə