Bu gün işdən çıxarılan icra başçısına Prezident Administrasiyasında VƏZİFƏ VERİLDİ

 17:38 05.10.2021     657

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunan Gədəbəyin icra başçısı İbrahim Mustafayevə vəzifə verilib.

Redaktor.az virtualaz.org-a istinadən xəbər verir ki, o, Prezident Administrasiyasının Ərazi idarəetmə orqanları ilə iş üzrə şöbəsinin rəhbərinin müavini təyin olunub.

Həmin şöbəyə Prezidentin köməkçisi Zeynal Nağdəliyev başçılıq edir.

2