Çavuşoğlu ATƏT-in Baş katibi ilə Qarabağı müzakirə etdi

 17:53 05.10.2021     376

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Baş katibi Helqa Şmidlə Qarabağı müzakirə edib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı M.Çavuşoğlu öz tvitter hesabında yazıb.

“Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Baş katibi Helqa Şmidlə Əfqanıstan, Qarabağ və Ukraynadakı vəziyyəti, ATƏT islahatlarını müzakirə etdik”, - deyə Çavuşoğlu qeyd edib.