Azərbaycanla Özbəkistan arasında müzakirələr aparıldı - FOTO

 22:22 05.10.2021     435

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Daşkənddə keçirilən “İpək Yolu dürdanəsi” kinofestivalında Azərbaycan nümayəndə heyətinin tərkibində bu ölkəyə gələn Bakıdakı UNEC Tədqiqat Fondunun Departament rəhbəri Ellada Əliyeva paytaxtdakı Strateji və  Regionlararası Araşdırmalar İnstitutu direktorunun müavini Sanjar Valiyev ilə görüşüblər.

Səfirlikdən Redaktor.az-a verilən məlumata görə, görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı informasiya mübadiləsi, analitik, elmi-tədqiqat sahələrində həyata keçiriləcək məsələlər müzakirə olunub.

Bildirilib ki, Türk Şurası çərçivəsində siyasi, iqtisadi, diplomatik, mədəni, elmi və digər sahələrdə qarşılıqlı münasibətlər durmadan inkişaf edir və fəaliyyətimizi də məhz bu istiqamətdə qururuq. 

Görüşdə institutun proqram təminatı və multimedia şöbəsi müdirinin vəzifələrini icra edən Niqora Şaximardanova və aparıcı elmi işçi İroda İmamova iştirak ediblər.

 

         

 

222