Füzulidə iki erməni hərbçinin cəsədi aşkarlandı

Azərbaycan Qarabağdakı döyüşlər zamanı ölən daha 2 erməni hərbçinin cəsədinin qalıqlarını qarşı tərəfə təhvil verib.
Redaktor.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, meyitlər Füzuli rayonunda aşkarlanıb.
Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Qeyd edək ki, bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1680-ə çatıb.