AZAL Ermənistanın hava məkanından istifadə etməyə BAŞLADI

 09:33 06.10.2021     516

Azərbaycan Hava Yolları (AZAL) oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı daxili reysini həyata keçirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb.

Bu barədə Redaktor.az AZAL-dan bildirilib.

"Bu addım, Azərbaycanın bütün sərhəd ölkələrinin maraqlarına cavab verən nəqliyyat kommunikasiyalarının açılmasına qətiyyətlə hazır olduğunu nümayiş etdirir.

Bakı-Naxçıvan-Bakı aviareysinin marşrutunun dəyişdirilməsi də bu istiqamətdə uçuş müddətinin, həmçinin uçuş zamanı yanacaq sərfinin azalmasına səbəb olacaq.

Beləliklə, bundan sonra AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər" - açıqlamada deyilir.