Vilayət Eyvazov polis idarəsinə yeni rəis TƏYİN ETDİ

Mingəçevir Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Qasımov vəzifəsindən azad edilib.
Redaktor.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, H.Qasımov Səbail Rayon Polis İdarəsinə rəis təyin edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti faktı təsdiqləyib.