Milli Məclisin iclaslarının vaxtı açıqlandı

Milli Məclisin oktyabr ayında keçiriləcək plenar iclaslarının vaxtı açıqlanıb.
Redaktor.az-ın məlumatına görə, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev deyib ki, qanunverici orqan bu ay azı üç dəfə toplanacaq.
O bildirib ki, Milli Məclisin növbəti plenar iclasları oktyabrın 11-i, 12-si və 15-də keçiriləcək (report).