"Bizim müstəqilliyimiz 28 Maydan başlayır" - Fazil Mustafa

Azərbaycanda oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilə bilər. Belə ki, Azərbaycanda “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi hazırlanıb.
Layihəyə əsasən, mayın 28-i Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilir. Həmin günlər isə hər il bayram kimi qeyd ediləcək.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, 28 May bizim müstəqilliyimizin ilk tarixidir:
"Bizim müstəqilliyimiz 28 maydan başlayır. Burada quruluşdan daha çox müstəqilliyin özünün mahiyyəti aspektindən məsələyə yanaşmaq lazımdır. Amma 18 oktyabrın Müstəqilliyin Bərpası günü elan edilməsi fikrimcə tam dəqiq ifadədir. Hələlik qanunun müddəaları ilə tam tanış deyiləm. İstənilən halda burada günün dəyərinin azalmasından söhbət gedə bilməz. Bizim müstəqilliyimiz 28 mayda elan edilib. Həmin günün bu adla tanınması daha məqsədəuyğundur”.
Şəbnəm Mehdizadə