Prezident bu ölkəyə yeni səfir TƏYİN ETDİ

 16:24 06.10.2021     2050

Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Redaktor.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

Dövlət başçısının digər sərəncamı ilə Hidayət Xuduş oğlu Orucov Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.