İmişlidə şəhid hərbi qulluqçunun il mərasimi keçirildi - FOTO

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış DİN Daxili Qoşunlarının hərbi qulluqçusu, çavuş Abas Şahbazovun il mərasimi keçirilib.
Redaktor.az xəbər verir ki, Mərasimdə Daxili İşlər Nazirliyinin təmsiçisi, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, rayon ictimaiyyəti və şəhidin ailə üzvləri iştirak ediblər. Rayonun Qulubəyli kəndində keçirilən anım mərasimində şəhidimizin məzarı ziyarət olunub, önünə çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub. Mərasimdəçıxış edənlər Vətən uğrunda şəhid olan igid oğullarımızın şanlı döyüş yollarından, sücaətlərindən və tarixi qələbəmizdən qürurla danışıblar.
Qeyd edək ki, çavuş Abas Şahbazov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.