İkinci doza peyvənd olunanların sayı 4 milyonu keçdi

 18:48 06.10.2021     504

Azərbaycanda gün ərzində koronavirus əleyhinə 45948 vaksin vurulub.

Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 019, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 929 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 8 841 520 , birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 837 342, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 4 004 178 təşkil edir.