Azərbaycan itkin düşən erməni hərbçini geri qaytardı

 19:46 06.10.2021     486

Azərbaycan Ermənistan-Azərbaycan dövlət sərhədində itkin düşmüş hərbçi Artur Borisoviç Davidyanı Ermənistana qaytarıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Suren Papikyan bildirib.

Qeyd edək ki, 32 yaşlı Artur Borisoviç Davidyan bu ilin avqustunda iki ölkənin dövlət sərhədində itkin düşüb.